Ana səhifə YENİLİKLƏR “Almanax”ın ikinci nəşrinin və audio kitabın təqdimatı keçiriləcək

“Almanax”ın ikinci nəşrinin və audio kitabın təqdimatı keçiriləcək

Müəllif: Bizim Yazı
126 baxış

(BizimYAZI AzərTAc-a istinadən bildirir:) Yanvarın 26-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “İrəli” İctimai Birliyinin (İB) nəzdində fəaliyyət göstərən “Ədəbi məclis” tərəfindən çap edilmiş “Almanax” kitabının ikinci nəşrinin və audio kitabın təqdimatı keçiriləcəkdir.
“İrəli”dən bildirmişlər ki, ədəbi məclisin əsas məqsədi gənc yazarları üzə çıxarmaq, həmçinin ədəbiyyata marağı olan gənclərin tanınmış yazıçılarla görüşlərini təşkil etmək, gənclərin ədəbi sahədə məlumatlarının artırılmasına nail olmaqdır. Qurumun həyata keçirdiyi “Almanax” layihəsi çərçivəsində 20-dən çox istedadlı gənc yazarın əsəri çap edilmişdir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.