Ana səhifə BAŞ YAZI Akif Səmədin adı qardaş Türkiyədə əbədiləşdiriləcək

Akif Səmədin adı qardaş Türkiyədə əbədiləşdiriləcək

Müəllif: Bizim Yazı
174 baxış

Uluslararası Aktivist Sənətçilər Birliyinin (UASB) Azərbaycan təmsilçiliyinin Mətbuat xidmətinin başçısı Günay Həsənlinin “BizimYAZI”ya verdiyi bilgiyə görə, bugünlərdə qardaş Türkiyənin Kuşadası bölgəsində uluslararası rəsm şöləni keçirilib. Şöləndə 20 ölkədən 46 rəssam iştirak edib. Quşadası bələdiyyəsinin, Belmare otelin dəstəyi və UASB-nin təşkilatçılığı ilə keçirilən şöləndə Azərbaycanı 7 nəfərlik qrup təmsil edib. “Savaşa inad” sanat devizi ilə keçirilən bu şöləndə dilindən, dinindən asılı olmayaraq bütün sənətçilər sevincli günlər yaşayıb, sənətin, sevginin vəhdətini anladıblar. UASB Genəl başqanı Ümit Yaşarın, Quşadası bələdiyyə başqanı Özər Qayalının və başqa təşkilatçıların çıxışlarında Azərbaycana bəslənən özəl qardaş sevgisi açıq şəkildə sezilib. Şölənin açılış törənində UASB-nin Azərbaycan təmsilçiliyinin fəallığını vurğulayan başqan Ümit Yaşar Işıkhan təmsilçilyin son zamanlar keçirdiyi “Yurdumuzu qarış-qarış gəzək” adlı projesini çox bəyəndiyini, bu projenin gələcəkdəki dəyərini və təmsilçiliyin digər ölkə təmsilçiliklərinə örnək olduğunu bildirməklə Azərbaycan təmsilçiliyi başqanlığına təşəkkürünü bildirib. UASB Azərbaycan təmsilçisi Nəvai METİNə UASB-nin özəl qələmi və döş nişanı təqdim edilib. Azərbaycan təmsilçisi Nəvai METİN Ümit Yaşara və şölən təşkilatçılarına təşəkkürünü bildirib, gələcəkdə də bu cür tədbirlərin keçiriləcəyini bildirib.
Nəvai METİN: “Bu şölən də öncə keçirilən şölənlər kimi yaddaqalan oldu. Şölən ərəfəsində ilginc olaylar da oldu. Örnəyi, İsraildən, Fələstindən gələn sənətçilərin iştirakçılar qarşısında əl tutmaları, simvolik barışıq elan etmələri təbii, ilginc idi. Bələdiyyə başqanı Özər Qayalı ilə görüşümüz oldu. Daha öncədən tanış olduğumuzdan görüşümüz səmimi alındı. Özər bəydən mərhum şairimiz, dostum Akif Səmədin adını əbədiləşdirmək üçün Quşadasında onun adına bir küçə verilməsini xahiş elədim. Özər bəy xahişimi nəzərə alaraq, bir kültür parkına şair Akif Səmədin adının verilməsini vəd etdi. Bu təbii, təmsilçilik olaraq bizi sevindirən olay idi.
Radioda qonaq olduq, qəzet səhifələrində informasiyalar dərc olundu. Yəni şöləndə keçirdiyimiz hər günümüz gözəl dəyərləndirildi. Sənətçilər bir daha barışın və sevginin tərəfində olduqlarını nümayiş etdirdilər. Şölən təşkilatçıları tərəfindən bəlli təkliflər aldım. Genəl olaraq, şölən səmərəli keçdi. Sonra İzmir və Ankara şəhərlərində gəzintimiz oldu. Qrup üzvləri Mustafa kamal Atatürkün və Məmməd Əmin Rəsulzadənin məzarlarını ziyarət etdilər.
Bir sözlə, Azərbaycanı təmsil edən rəssamların bu şölənin təşkilindən və gedişindən razı qaldıqlarını deyə bilərəm.”

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.