Türk dünyası yazarlarından Bəyanat: Azərbaycana qarşı terrora YOX deyirik!

Türk dünyası yazarları  Dünya Gənc Türk Yazarlar Birliyinin çağırışına qoşularaq Ermənistanın Azərbaycana qarşı apardığı terror siyasətinin dayandırılmasına dair Bəyanat yayıb. Bu barədə məlumatı Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı şair-publisist İntiqam Yaşar verib.

Bəyanatda deyilir: “Bu ilin iyul ayının 13-dən başlayaraq, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozmaqla, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini və sərhəd kəndlərini artilleriya qurğuları və minaatanlardan atəşə tutmuş, bu təxribat nəticəsində Azərbaycan ordusu şəhidlər vermiş, yerli sakinlər həlak olmuş, evləri dağıntıya məruz qalmışdır . Bundan başqa, otuz ilə yaxındır, Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunu işğal altında saxlayan Ermənistan Azərbaycanın mövqelərinə atəş açmaqla kifayətlənməmiş, müxtəlif vaxtlarda diversiya fəaliyyətləri və atəşkəs rejimini kobud şəkildə pozmaqla mülki əhalini hədəf olaraq seçmişdir.

Bütün bunlarla yanaşı 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistanın Azərbaycana qarşı terror siyasətinin nəticəsi olaraq, uşaqlar, qocalar da daxil olmaqla 205 nəfər mülki şəxs yaralanmış, 41 nəfər isə həyatını itirmişdir. 4 oktyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının ikinci böyük şəhəri, dünya ədəbiyyat-mədəniyyət tarixində öz xüsusi yeri olan qədim Gəncə şəhərinə raket hücumları təşkil olunmuş, 11 mülki şəxs həyatını itirmiş, 70 nəfərdən çox insan isə yaralanmışdır. Şəhərdə tarixi əhəmiyyət daşıyan bir çox tikililərə zərər dəymişdir. İşğalçı ölkənin atəşkəs rejimini pozması və Azərbaycanın dinc əhalisinə, mülki obyektlərinə artilleriya zərbələri endirməsi bu ölkənin işğalçı mahiyyətini və beynəlxalq hüquqa məhəl qoymamasını bir daha göstərmiş olur.

İndiyə qədər Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməkdən imtina etməklə beynəlxalq hüquqa açıq şəkildə hörmətsizlik etdiyini isbatlamışdır. Türk Dünyası yazarları olaraq işğalçı Ermənistanın təcavüzkarlıq siyasətini qətiyyətlə pisləyir, dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, Avropa Parlamenti, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Birləşmiş Millətlər Təşkilatına səslənərək Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini və Ermənistanın Azərbaycan xalqına qarşı apardığı terror siyasətini bir an öncə dayandırmasınının vacibliyini  ifadə edirik.”

  1. Dərya Akdəmir– yazar, “ANKA” başqanı, Türkiyə Cümhuriyyəti;
  2. Özgür Bacaqsız– yazar, Türkiyə Cümhuriyyəti;
  3. Mirzohid Müzaffər– şair, Özbəkistan Respublikası;
  4. Muhammed Siddiq– şair, Özbəkistan Respublikası;
  5. Erkinbek Serikbay -yazar, “Türk xalqları arasında ədəbi əlaqələri inkişaf etdirmə vəqfi” başqanı, Qazaxıstan Respublikası;
  6. Çalğın Məhəmməd-şair, Təbriz;
  7. Həsən Ümidoğlu-şair, Təbriz;
  8. Kaliça Yaqubova-şair, Qırğız Respublikası;
  9. Çolpan Orozoliyeva-şair, Qırğız Respublikası;
  10. İntiqam Yaşar -şair, Dünya Gənc Türk Yazarlar Birliyi başqanı, Azərbaycan Respublikası;
  11. Əfsanə Ələsgərli -yazar, jurnalist, Azərbaycan Respublikası;
  12.  Cavid Qədir-yazar, jurnalist, Azərbaycan Respublikası
  13. Fanil Gilaji -şair, Tatarıstan;
  14. Ayqız Baymuhammed-yazar, Başqırdıstan;
  15. Alla Böyük-yazar, Qaqauz Yeri;
Oxunma sayı: 45

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.