Əkbər Qoşalı beynəlxalq konfransda çıxış edib və yeni hekayəsi Özbəkistanda çap olunub

Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Beynəlxalq “Alaş” Ədəbi Mükafatı laureatı Əkbər Qoşalı, Qazaxıstan Jurnalistlər Birliyinin (QJB) 25 avqustda təşkil etdiyi “Türküstan türü türklər” video-konfransında iştirak edib.

Konfrans öz adını ustad Qazax yazıçısı Marhabat Bayqutun eyniadlı kitabından götürüb və həmin kitabın təqdimatı xarakterli olub. Konfransa QJB-nin Türküstan regional bölməsinin başqanı Qalımjan Elşibay aparıcılıq edib.

Öncə, Türkistan vilayət başçısının müavini Saken Kalkamanov Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayevin təbrik məktubunu oxuyub.

Sonra Əhməd Yəsəvi Universitetinin rektoru prof.dr. Bolatbek Abdrasilov öz təbriklərini çatdırıb.

QJB-nin sədri Seitqazi Matayev, Qazaxıstan Yazıçılar Birliyinin (QYB) başqanı Uluqbek Es-dövlət, Millət vəkilləri – “Auyl” Partiyasının başqanı Əli Bektaev, “Nur Vətən” fraksiyasının üzvü Darxan Mınbay, Ordabası rayonunun İcra başçısı Nurbol Turaşbekov, Qazığurt rayonunun İcra başçısı Tolegen Telqarayev, Aris şəhərinin meri Murat Kadirbek, Saryaqaş rayonunun İcra başçısı Muxit Otarşiyev, regional məclisin deputatları – Onalbay Ayaşev və Abilqasım Dosbolovun təbrik məktublarını isə Qalımjan Elşibay çatdırıb.

Video-konfransda Beynəlxalq Türk Akademiyasının prezidenti, “Egemen Qazaxıstan” qəzeti Rəyasət heyətinin başçısı, akd. Darxan Kıdıralı, QYB İdarə heyəti başqanının müavini, şair Ba-urjan Jakup, Sairam rayonunun İcra başçısı Ulasbek Sadibekov, Millət vəkilləri – Alimjan Kur-taev, Aigul Kapbarova, tarix elmləri doktoru, arxeoloq Muxtar Qoca, araşdırmaçı-yazar Kuralbek Ergobek, filologiya elmləri namizədi Qazıbek Təhiev, yazıçı-tərcüməçi, “Alaş” mükafatı laureatı Mehmankul İslamkulov (Özbəkistan); ədəbiyyatşünas Qazaxbay Yuldaşev (Özbəkistan), ədəbiyyatşünas Bülənt Bayram Kirkareli (Türkiyə), Əkbər Qoşalı (Azərbaycan) çıxış edib, ürək sözlərini, Türküstanın türk dünyasındakı yeri və rolu barədə fikirlərini bölüşüblər.

Sonda ustad yazıçı Marhabat Bayqut təbriklərə, ürək sözlərinə görə təşəkkürünü yetirib.

Qeyd edək ki, bu günlərdə Əkbər Qoşalının yeni hekayəsi Özbəkistanda çap olunub. Qardaş ölkənin istedadlı gənc yazarı Rəhmət Babacan tərəfindən özbəkcəyə uyğunlaşdırılan hekayə “Mən ölürəm, İradə” adlanır. Hekayənin çap olunduğu “İnsan və qanun” qəzeti Özbəkistan Respublikası Ədliyyə Nazirliyinin orqanıdır, əsasən abunə yolu ilə yayılır və qardaş ölkənin nüfuzlu nəşrlərindən sayılır. “İnsan və qanun”un baş redaktoru tanınmış yazıçı-dramaturq, publisist Qoşqar Norkobildir.

Ə.Qoşalı bu qəzetdə çap olunan ilk yeni nəsil yazarımızdır. O, bundan öncə Özbəkistanın “Kitab dünyası”, “Yaşlek”, “Gün”, “Termez Universiteti” və başqa nəşrlərində də çıxış edib, şeirləri Azərbaycan şairlərinin özbəkcə çap edilən antologiyalarında yer alıb. Ə.Qoşalı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xətti ilə çıxmış “Özbək şeir çələngi”nin də redaktoru olub.

 

Oxunma sayı: 82

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.