Ana səhifə YENİLİKLƏR Qənirə Paşayevanın kitabı Təbrizdə işıq üzü gördü

Qənirə Paşayevanın kitabı Təbrizdə işıq üzü gördü

Müəllif: Bizim Yazı
1. 080 baxış

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın kitabı Təbrizdə nəşr edilib.

Bizim Yazı xəbər verir ki, “Səndən sonra” şeirlər və esselər kitabı Təbrizdə, ərəb qrafikalı əlifba ilə nəşr olunub.

“Yaşar qələm” nəşriyyatında işıq üzü görən kitabı tanınmış şair Çalğın nəşrə hazırlayıb.

Q.Paşayeva bildirib ki, bu, onun üçün xoş sürpriz olub: “Doğma Təbrizdə kitabı çıxmaq hər bir yazarımız üçün əlamətdar və arzulanan hadisədir.

Əməyi keçən hər kəsə, özəlliklə, Çalğın bəyə, “Yaşar qələm” nəşriyyatının başçısı Xosrov Barışana təşəkkür edirəm”.

Qeyd edək ki, oxucular tərəfindən maraqla qarşılanan bu əsər, müəllifin tirlogiya təşkil edən “Məndən sonra”, “Səndən sonra” və “O” kitablarından biri olub, dünya, insan, sevgi, eşq, hadisələr üzərinə yazılmış şeirlər və esselərdən ibarətdir. Kitab ilk dəfə 2014-cü ildə Bakıda, “Elm və Təhsil” nəşriyyatında çıxıb. Qənirə Paşayevanın bundan öncəki illərdə, qardaş Türkiyə və Özbəkistanda da kitabları gün üzü görüb.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.