«PAYIZ YAĞMURLARI»

Bakıda Tatarıstanın
Xalq şairinin kitabı nəşr olunub

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) “Qardaş xalqlar ədəbiyyatı.
Ustadlar” sil­siləsindən növbəti kitab gün üzü görüb. Bu, Tatarıstanın Xalq
şairi, görkəmli ictimai və dövlət xadimi, Tatarıstan Dövlət Şurasının Komitə
başqanı, Dövlət Mükafatı laureatı Razil Vəliyevin şeirlər kitabıdır. Bu barədə
kitabın layihə rəhbəri və baş redaktoru Əkbər Qoşalı məlumat verib.

Xalq şairi Razil Vəliyevin şeirlərini (rusca
və tatarcadan) dilimizə tanınmış şair-publisist dr. Həyat Şəmi çevirib.



“XAN” nəşriyyatında gün
üzü görən şeirlər kitabı “PAYIZ YAĞMURLARI” adlanır.

Nəşrin məsləhətçiləri
Millət vəkili, AMEA-nın həqiqi
üzvü Nizami Cəfərov və Tata­rıs­tanda yaşayan soydaşımız İsmət Orucəliyev, rəyçiləri isə millət vəkili dr.Cavanşir Feyziyev və  millət vəkili dos.dr. Qənirə Paşayevadır. Kitaba
dos.dr. Şəmil Sadiq önsöz yazıb.

Tatarıstanın Xalq
şairinin kitabı Azərbaycanın aparıcı kitabxanalarının, tatar ədəbiyyatı üzrə tədqiqat
aparan elm adamlarının ixtiyarına verilməklə yanaşı, Azərbaycanda və Tata­rıstanda
ustadın iştirakı ilə keçirilməsi nəzərdə tutulan təqdimatlarda oxuculara paylanacaq.

***

Yazıçı-publisist,“USTAD” dərgisinin təsisçisidos.dr. Şəmil SADİQin “Payız yağmurları”na
yazdığı “önsöz”ü oxucularla paylaşırıq:

QARDAŞDAN
QARDAŞA KÖNÜL KÖRPÜSÜ

Qardaşlıqlar körpü ilə qurulur, qardaşlar arala­rın­dakı
körpüləri sağlam tutur; ayrılıqlara da səhnə olsa belə, körpülər mahiyyətcə
qovuşdurmaq üçündür…

Körpülərin ən gözəli könül körpüsüdür. Ədəbiyyat könül
kör­püsü inşaasında olmazsa olmaz kateqori­ya­sındadır. Və budur, biz – Azərbaycan
yeni nəsil ya­zarları qardaş tatar ədəbiyyatının görkəmli nüma­yən­dəsi, Xalq
şairi Razil Vəliyevin “Payız yağmurları” ilə gözləri, könülləri şad etməyə gəlmişik. Mən “gəl­mişik”
sözünü təsadüfən işlət­mədim – inanıram ki, “Payız yağmurları”nın gəlişi var, gedişi yox.
İna­nıram ki, bu kitab oxucuların masaüstü kitablarından olacaq,
kitabxanalarımızda tez-tez müraciət edilən nəşrlərdən biri olacaq və öz gəlişi
ilə yeni körpülərin qurulmasına, yeni könüllərin fəthinə xidmət edəcək.

“Payız yağmurları”nı bir neçə baxımdan fərq­lən­dirə bilərik:

-Bu, Razil Vəliyevin Azərbaycanda çıxan ilk ki­ta­bı­dır;    

-“Payız yağmurları” öz adı, içərisi etibarı ilə
il­hamverici, inamverici və zövqaşılaycıdır;

-Kitab məhz şeirlər kitabıdır – buradakı şeirlər həm söz sənətinin əzəli-əbədi
mövzularına üz tutmasına görə, həm sənətkarlığına görə, əlbəttə, həm də, bi­zim
türkcəmizə yaxşı uyğunlaşdırıldığına görə məmnun­luq verir;

-Xalq şairinin bu kitabı qardaş tatar xalqının etno­qrafik yaddaşından
süzülüb gələnləri, Avrasiyanın mərkəzində yerləşən Kazandan dünyaya, hadi­sə­lə­rə,
insanlığa baxışı sərgiləyir;

-Razil Vəliyevin şeirlər kitabı Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı
və xətti ilə gün üzü görüb – bu da, yalnız Azərbaycan oxucusunu deyil, gələcəkdə
başqa qardaş ölkə və topluluqlara da (və daha çox gənc nəsil ünvanlı!) şeir,
kitab, könül səfərləri vəd edir; 

— Əlbəttə, başqa fərqli məqamlardan da danışa bi­lərik, qoy, oxucuların
yerinə qərarı biz verməyək: nə necədirsə, ən yaxşısını şairin (şeirin!) özü de­yir..!

Şair deyir:

“…Fırçamı
rəngə boyayım,

Göy,
gömgöy rəngə…” (“Rəsm”)

-məncə,
dünyagörmüş bir Xalq şairinin rəng seçimi heç təsadüfi deyil. Gəlin inanaq ki,
diləklərimiz çin olacaq, göyərib, boy atacaq, böyüyəcək.

  Şeirimizin Qoca Çinarları, Ədəbiyyatımızın Dədə
Palıdları var olsun!

  Kazana – Avrasiyanın mərkəzinə Bakıdan –
dünya­nın mərkəzindən salam-sayğılarla!

Oxunma sayı: 4948

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Этот сайт использует Akismet для борьбы со спамом. Узнайте как обрабатываются ваши данные комментариев.