Monthly Archives: Март 2020

DGTYB “Evdə qal, cəmiyyəti qoru” məlumatlandırma kampaniyasına qoşuldu

Dünya Gənc Türk Yazarlar Birliyi olaraq 

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və REAL TV-nin ölkəmizdə məlum koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin edilməsi məqsədilə başlatdığı “Evdə qal, cəmiyyəti qoru” adlı monitorinq və məlumatlandırma kampaniyasına qoşuluruq.

Ümidvarıq ki, ölkəmizin həyatında önəmli yerə sahib olan ictimai qurumlar və digər təşkilatlar birlikdə hərəkət edərək, dünyada böyük bir kabusa çevrilmiş Koronavirusla mübarizədə bütün imkanlarından istifadə etməklə Şuranın başlatdığı layihəni dəstəkləyərək, xalqımızın bu problemdən tezliklə qurtulması, insanlarımızın sağlamlığının qorunması istiqamətində üzərimizə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirəcəyik.

Bayrağımız uca olsun, Millətimiz var olsun!

Oxunma sayı: 159

Xasiyyət Rüstəmin şeirləri

Bizim Yazı Özbəkistanın nüfuzlu “Kitab Dünyası” qəzetinin baş redaktoru, şair-tərcüməçi Xasiyyət Rüstəmin şeirlərini təqdim edir:

***
Ay zəmiyçün darıxan gecə
Yer üzünə sığmadı qadın.
Bir az qorxar günahdan gecə —
Qorxar, bəlkə, qadın gecədən.
Məhəbbət ya xəyanət, qorxu,
Saat bir ya iki, ya üçdə
Qapadı pəncərəsini –
Qismətinə nöqtə qoymaqçün.

Həyat

Başım üstü dərdli küləklər,
Yağmurlarla rəqs edər.
Sual verər qıvrılıb –
Yağmur ona dərs verər.
Başım ağlar çətirsiz,
Yenə külək təhdidi.
Sanki yağıştək cansız,
Qala bilmərəm belə!
Yaşamaqmı bu, əslində?
Biabıram gecələrə.
Həyat məni apardı –
İşıqsız gündüzlərə.

***
Yavaş-yavaş gün doğmaqda,
Yavaş-yavaş qurumaqda qan.
Ağlayır bir ağac həbsdə.
İndiyədək sökülmədi dan.
Daş divarlarda dayanmış vaxt,
Bir çeşiddir dərdin acısı.
Hey nələrsə köhnədir.
Ancaq –
yenilənir qan qoxusu.

Nodar Dumbadze

Nə lampa var, nə ulduz,
Nə açılar qapılar.
Rüzgar, yağmur, ay sözsüz –
Başqa bir göy tapdılar.
Hər günüm gecə,
Qurdlar
tamam basıb hər yanı.
Öldüm, desəm görünər
Geniş göyün bir parçası.

***
Bu günlər də keçər bir gün,
Keçər bir gün bu günlər də.
Gözlərimdə ağarmaz gecə,
Donub qalar cansız tənim.
Masamda da qalar dəftər,
Şeirlər ağlar – çox dərdlidir.
Yalnız tənim cansız dönər,
Utancaqdır, utancaqdır.
Üzüklərim kimə qalar,
Hənir alar əlim nurdan.
Ancaq onun gözlərinə
Daha gözəl görün, cismim.

İstanbul

Hündür binalar
Yollar dolu adam…
Şərq harda, qiblə hara?
(Üstümə gəlir axşam)
Köhnə İstanbulun pəncərəsində
Səni gözlərkən…

Divarda afişa –
Bir qız köksü qan…
Diz üstə oturmuş
Sənət qarşısında…
Köhnə Türkiyəni satmaqla məşğul
Sultan Əhməddəki hər dükan…

Yağmur sonrası bir hava
İbrahim Tatlısəs mahnı oxuyur.
Hər kəs bir-birinə bənzəyir, amma.
Tanışlar hamısı yox olmuş, sanki.
Qarşına düşmənin çıxa lap belə
Sənin öz dilində bir söz söyləyə.
Öncə bəyənmişdim əcnəbi dili
İndi çox qorxuram yalqız qalınca.
Sən də gəlməyirsən
Bu nə intiqam?
İstanbula çökməkdə axşam.

***
Günəş doğmadan da düşər axşam
Bağçalar da havalanmaqdadır.
Hardansa çıxar bir quzğun.
Qanadını havada yayar.
Qorxunc hakim
Əsmir rüzgar.
Səma, səma.
Sormaz bu nə əhval
Ağaclar da susmuş.
Zəifdirlər,
Kömək umarlar dilsiz halda.
Hava canını götürüb qaçar.
Yeriməyə izin verməyir
Bu gözlərim yer altındadır
Yer üstündə bir şey görməyir.

Svetayevayla baş-başa…

Marina!
Mən gecimişəm.
Səninlə vidalaşıb dünya –
Soyuq qucağına alınca torpaq
Mənim ürəyimi yaratmış Allah.
Masamın üstünə baxarsan dərdli.
Titrəyən əllərin əlim üstündə.
Nədəndir üzündə bunca yorğunluq?
Şeir yazırsanmı o dünyanda da?
Necə olacaqmış o biri dünya?
Mənə bir yolunu anlat bu sirrin.
Varmı, de, ayrılıq, ya da riyası
Heç orda hörməti varmı şairin?
(Göy üzü ahəngdən oyanırmı?)
Marina!
Həsrətdən titrəyirmi yer?
Canım,
Söylə mənə biz burada yazırıq,
Orada gerçəkdən dəyərlidirmi şeir?
Hardansa…
Enməkdə işıq.
Hardansa vahiməli bir səs.
Mənə bu dünyaya öyrəşmək çətin.
Edəkmi səmada pərvaz
Marina
Marina
Marina canım!
Başım hərlənir bu başım.
Nədənsə…
Göz yaşım, sadəcə, axar göz yaşım.

Son gün

Yox, bambaşqa olacaq o gün,
Günəş göydə parlasa belə.
Payız bağlara hücum etsə də,
Bu günlərdən fərqli olacaq.
Ölüm vardır — kəsib dilimi.
Qulaq tutacağım səsinə.
Öldüyüm gün gördüyüm günlərin
Bənzəməsin heç birisinə.

***

Nə fərqi var bu gün harda olmağın.
Ürəyimdə son ümidlər öldü.
Kaş ki, sən dilsiz olsan,
kaş ki mən də kor olsam –
Çırpınmaqda keçdi ömrüm.
Allahdan nələri soruşum yenə,
Nələri bağışlar o mənə artıq.
Dantes həyatını yaşamaqdansa,
Puşkinin ölümü rahatdır mənə.

Məhbus

Məhbəs də, qandal da geridə qaldı.
Dərindən nəfəs aldı.
Məhbusluq həyatı – zillət.
Göl kimi qanlara bələndi…
Yaşamağa tapıldı çarə
İndi yer, göy, su var.
Əyni nazik.
Qarnı ac.
Amma azadlığa çıxdı o.
Azad oldu…
Xoşbəxt olmadı…

Tərcümə edən: İntiqam Yaşar

Oxunma sayı: 243

Nə vərdişim ol, nə də məcburiyyətim…

Yanımda əyləşmişdin. Ürəyim necə döyünürdüsə, eşidəcəksən deyə qorxuya düşmüşdüm.

Tələbəlik qədər gözəl status yoxdur, tələbələrin fikrincə. Tələbə olmaq insanın azadlığı və sevgini dərindən yaşaması üçün Allahın ona gənc yaşda verdiyi imkandır. Deyirlər ki, insan dörd yaşına kimi almalı olduğu məlumatın 90%-ni öyrənir. Tələbə ikən nələr öyrənir onu bircə tələbələr bilər. Hekayəm gəncliyi tələbəliklə qovuşan bir nəfər haqqındadır.

Sevda yenə günə qarışıq fikirlərlə başlamışdı. “Maraqlıdır, beyinin qəbul etmədiyi bir şeyi ürək necə daşıyır, görəsən? Necə ki  ağır yükü daşıya bilirsən, amma daşısan yorulacaqsan fikirləşirsən. Bəlkə də həyat bu deməkdir. Nə bilim”. Sonra gecikəcəyini nəzərə alıb hazırlığını sürətləndirdi. Saç ütüsünü soyuması üçün yerə qoyub mətbəxə tələsdi. Səhərlər acmazdı, lakin bir yumurta ilə şirin çay içməyi məktəb vaxtından vərdiş etmişdi. İnsan böyüdükcə vərdişləri də çoxalır, məcburiyyətləri də.

Dərsə hamıdan əvvəl Sevda gəlirdi. Boş otaqda əyləşib ya dərsini təkrarlayar, ya da qrup yoldaşlarının gəlməsini gözləyərdi. Təklikdə həmişə fikirləşdiyi düşüncələri yenə ona rahatlıq vermirdi. Bir dərs daha öz axarında davam edirdi. Dərslər həmişə axarında gedir:

  • Qələmin var?
  • Artıq bir dənə var. Gözlə verirəm.
  • Dünənki məsələ nə yerdə qaldı?
  • Maraqlanmadım. Sən də boş ver getsin.

Beləcə, tələbələrin az qala hər günündə yer alan dərslər kimisi üçün uzun, kimisi üçün də qısa idi. Müəllimlər bizimlə biliklərini, bildiklərini, ömürlərini, zamanlarını paylaşırlar. Bəzən zehnimizin dincəlməsi üçün həyatlarının ən təsirli hissələrindən nümunələr gətirmələri çox səmimi idi. Sevda bir müəlliminin tələbə ikən, anasının avtobusu saxlatdırıb cib dəsmalını ona çatdırmasını, digərinin isə evə gec gəldiyi zaman yenə də anasını qapıda yatan görüb təsirləndiyi anları unutmayacaqdı. Belə anlarda düşünməyə bilmirdi: “Sevgi nə idi? Bir filmdə deyildiyi kimi sevgi yaxşılıqdır, dostluqdur, əməkdir. Bizi valideynlərimiz qədər heç kim sevə bilməz. Bu qətidir”. Vicdanından asılı olaraq bu peşədə də məcburiyyət, vərdiş və məsuliyyət var. Təhsil isə uğur istəyir, irəliləməyini tələb edir. Təhsil insanı yarı yolda qoymur, qoya da bilməz. Bizim insanımız belə düşünür. Təhsil hər şeydir. Onu narahat edən məsələ ilə bağlı heç kim ona kömək edə bilmirdi, təhsil belə. Sevda bu fikirdə idi ki, düşüncələr genetikdir. Ali təhsilli özünü idarəni bacarmayan o qədər adam var ki. Bəs xoşbəxtlik? Çox qəliz məsələdir. O da genetik ola bilərmi? Buna cavab vermək çətindir.

“Əgər uğur xoşbəxtlikdən ayrı nəfəs alırsa, mən yenə də xoşbəxt olmaq istəyərdim. Çünki ürəyim gülsə, üzüm gülər, üzüm gülsə, mən uğuru oksigensiz də yaşadaram”.

Onu koridorda gördükdə beyni ilə ürəyi həmişə olduğu kimi mübarizə aparmağa başladı. Üz-üzə gəldilər və yanından ötüb keçdi. Əgər seçmək şansı olsaydı onu seçməzdi. Sevda bunu Allah vergisi də adlandırırdı. Necə ki ürəyin səndən xəbərsiz döyünür, onun sürətlənməsinə də səbəbkar yalnız yaradandır.  Arada anası ilə danışması  onu rahatladardı:

  • Ana, dünyada hər şeyin sonu var. Fikirləşirəm sonu olmayan nədir? Tapa bilmirəm.
  • Sonu olmayan sonsuzluqdur, yəni kainat.
  • O da dünyadan kənarda oldu. Eh, dünyada hər şey fanidir.

Bu danışıqlar onu təsəlli edə bilmirdi. Mümkünsüz olan hər şeyin təsəlliyə ehtiyacı varmı? Yəqin ki, həyatda olmadığımız vaxt buna ehtiyacımız olmayacaq.        Qarşısındakını əslində bir uşaq saflığı ilə çox istəyirdi. Başqa cür adlandırmağa onun cəsarəti də çatmazdı. Əgər qorumağa çalışdığın saflıqdırsa, ehtiyatlı olmalısan. Saf olan hər şey gözəldir…

Bir gün necə oldusa bir partada əyləşməli olmuşdular. Təsadüfün beləsi. Elə insanlar var təsadüfə inanmırlar. Zərurət var deməklərinə görə təsadüf yox. Hər şeyin bir səbəbi var və o səbəbdən də ehtiyac yaranır və s. Onları birləşdirən nə idisə — səbəb, təsadüf, zərurət fərqi yoxdur, Sevda onlara təşəkkür edirdi. Qruplar birləşmişdi və o, onun yanında əyləşmək üçün icazə istəmişdi:

  • Olar?

Sevdanın gəldiyi dünyaya üç-dörd il gecikməyinin səbəbi nə idi? Yaxşı ki, hər şeyin səbəbi var. Yoxsa, bizim üçün xeyirlisi olmazdı. Xeyirlisi deyilsə, biz niyə qarşılaşırıq? Yenə də səbəblər, səbəblər. O anda hər ikisinin daxili nitqini eşitmək olsaydı, yəqin ki, maneə hesab etdikləri nə idisə, o da aradan çəkilərdi. Bircə, bir-birlərini eşidəydilər. Sevda sağ tərəfində əyləşənin həyəcanını hiss edirdi: “Əllərini ovuşdururdu tez-tez. Bu, hərəkətlərində səmimi və uşaqlıq edən kəs necə də sevgiyə layiq idi. Arada başını çarpazlaşdırdığı qollarının üstünə qoyub üzünü gizlətməyini demirəm hələ. Kobud əllər və sərt saç bir insana bu qədərmi yaraşar. Səni həyəcanlandırdığım üçün üzr istəyirəm”.

Sevdanın tələbəlikdə son günündə, qarşı-qarşıya gəldikdə nə qədər dayandıqlarını demək çətin olar. Sanki zaman da onlara kömək edib dayanmışdı. Sevda sonradan xatırladıqda da dəqiq deyə bilmirdi nə qədər vaxt keçmişdi.

Tələbə: “Bəlkə ümid var. Mən əmin idim axı, o məni bəyənmişdi”…

Sevda: “Bu xaoslu, vacib problemlər olan dünyada kaş biləydin mənim üçün nə qədər qiymətlisən. Kaş ki  başqa yerdə rastlaşaydıq və səndən daha gec dünyaya gəlmiş olaydım. Mən nakam sevgilərin çoxundan eşitmişəm bu sözləri – başqa yerdə, tez və gec. Lakin bunlar sənin məndə olan dəyərinə xələl gətirmir”.

Tələbə: “O  məni sevmirmiş, imkanım olmadı ki, sözümü deyim”.

Sevda: “Ürəyimdəkini eşitmirsən deyə sənə, dilimə gətirməyə cəsarətim olmadığı üçün də özümə acığım tutur”.

Tələbə: “Yanılmışam, hər şeyi səhv başa düşmüşəm. Mənə etdiyi bir jesti necə sevgi deyə başa düşərəm axı”.

Sevda: “Səni görmək belə mənə xoş idi.  ”.

Tələbə: “Daha getməyin vaxtı gəlib, gözləməklə nəyəsə nail ola bilməyəcəm. O heç vaxt mənim yanımda olmağa razı olmaz”.

Sevda: “Sənin üçün indidən darıxan bu qızı unutma”.

Gözəl belə olsa, yanında belə olsa, keçən günlərdə qalan hər şey kövrəldir məni. Adı ağırdır – keçmiş. Necə ki, sevdiyim bir insan dünyasını dəyişdi, onun geri gələ bilməyəcəyini bilmək qədər əzablıdır keçmiş. Amma o insan səninlə eyni dünyadadırsa, onu bir də görə bilməyəcəyinə inanmaq ümidlərini öldürməkdir. Hamının xeyrinə olsun deyə bəzən məcbur olmaq lazımdır. Özümüzü qanunlara tabe etmək bizim vərdişimiz olub…

Görəsən, birini qaydadan kənar çox istəmək günahlar sırasına girirmi? İstisnalar qaydaları pozurmu? Birini görmək üçün bəhanə ilə, özünü inandıraraq qarşısına çıxmaq onun tərəfindən dəstəklənərmi? Yolumuzu dəyişsək belə getmədik deyə peşman olmaq insanlıq halıdırmı? Yaşının böyük olması böyüklərimizin hər zaman düz hərəkət etdiklərinimi göstərir?Dünyanın təməli sevgi ilə qurulubsa, sevgi məcburiyyət ola bilərmi? Allahın sevgi ilə yaratdığı insan niyə bu sözü səsləndirməkdən çəkinir?

Söylü  AĞAZADƏ

( magistr- filoloq), Neftçala

Oxunma sayı: 125

Yaxşını yaxşı görməyə istək olsa…

Aqil insanlar haqqında hələ qədim dövrlərdən belə bir fikir formalaşmış və bu günə kimi gəlib çıxmışdır. Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.

Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, bələləri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.

Təəssüflə qeyd etməliyik ki, günümüzdə bələ mənəvilər haqqında düşünənlər barmaqla sayılacaq saydadırlar. Sanki Azərbaycan adlı cəmiyyət bütünlüklə deqradasiyaya uğrayıb. Reallıqda baş vərənlər insanı düşündürməyə, düşündükcə daha dərinlərə varmağa sürükləyir. Nədir bu dərinlik? Bu dərinlik var olduğu zamanlardan böyük eyni zamanda şərəfli tarix yaratmış bir xalqın az qala bütünlüklə cılızlaşmağa doğru üz tutmasıdır. Bu sual insanı qəlbən ağrıdır. Çəkilən bu ağrı insanda sanki dərdinə dərman bula bilməyən bir xərçəng xəstəsinin həyata baxışlarını əks etdirir. Bu uca millətə nə oldu? Başına döndüyüm qartal babalardan niyə, nədən sərçə nəvələr törədi? Nədən bizlər üçün ömrünü şam kimi əridənlərin qədrini bilmirik. Axı represiya illərindən az qala bir əsr kəçib. Niyə bizim cəmiyyət hələ də o illərdə ilişib qalıb? Həmin illərdə bizlər öz ziyalılarımıza qənim kəsildik. Kimlərə şər atmadlq? Hüseyn Cavid, Əhməd Cavad, Şərqdə ilk dəmokratik cumhuriyyətin qurucularının daha kimlərin? Sonda tarix bizlərə anlardı ki, böyük rəzalətə imza atmışıq. Atdığımız bu addımlar bizləri xoşbəxt gələcəyə dəyil, bataqlığın lap dərinliklərinə itələyib. Hazırki günümüzdə də bizlər bu rəzil işlərdən əl çəkmək istəmirik. Təəssüflə qeyd ediləsi hal budur ki, savadsız elmi olmayanlarla bir cəbhədə çiyin-çiyinə vuruşan media nümayəndələrini görəndə, adam yaşadığı həyatdan çirkinir. Yəni onlarla birlikdə həyatda nəfəs alır, yaşayır. Yəni o da bu həyatda yaşayır, biz də.

Mətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin amanlıq balansı yaratmalıdır. Vay o, günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. Həmin anda mətbuat artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifrazedən zob funksiyasını yərinə yətirən kimi görsənir. Bələ hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır. Axı bəzi KİV nümayəndələri nədən halal yolla əldə ədilən vara yox, kimlərinsə kabinetlərinə dəvət edilərək orada aldıqları zakazları yerinə yetirirlər. Nədən fikirləşmirlər ki, onlar KİV nümayəndəsi üçün ümdə olan ədalət prinsipini pozurlar. Tarixdə düşməninə də məhz ədələtli davranışlarına, görə ədalətli mühakiməsinə görə düşməni müsbət qiymət vərib. Hesab etmirik ki, KİV nümayəndələri bu tarixi örnəklərdən xəbərsizdirlər. Yaxşı olmazdımı ki, həmin “kolleqa”larımız daha yaradıcı olsunlar. Məsələn, cəmiyyətdə həç kimin görə bilmədiklərini görüb ictimailəşdirsinlər. Onda indikindən daha cazibədar və daha sanballı görünər, cəmiyyətdə hamı tərəfindən səvilərək qəbul edilir.

Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir əzizlərim. Heç bilirsiniz kimə şər atırsınız? Şər atdıgınız adam millətimizin yətişdirdiyi bir ziyalıdır. Şər atdığınız adam sıradan bir şəxs deyil, bütün ömrünü xalqın rifahı işinə sərf edib. Bəli, o, əsl Vətən daşıdır. Onun qəlbi var. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə Allahın qarşısında vərə biləcəyi imtahanı düşünən adamdır. Şər-böhtan atdığınız adam bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır.

Dostlarımız olan KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalıi olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Amandı gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmaqdır.

Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev bütün bölgədə belə xarakterizə olunur

… Yeganə məmurdur ki, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…

… Yeganə məmurdur ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.

… Yeganə məmurdur ki, ona qarşı ən qərəzli media orqanı belə villalarının, bahalı avtomobillərinin, obyektlərinin şəkillərini dərc etməyib və etməyəcək də…

P.S:

Bəzi xəbər portalları Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.
Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə Höccət müəllimin xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib, indi də nala- mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun!!!

Elşad QULİYEV

Qazax Dövlət Sosial İqtisadi Kollecin direktoru

Oxunma sayı: 102