Category Archives: TÜRK DÜNYASI

TƏRANƏ TURAN RƏHİMLİ ULUSLARARASI ƏDƏBİYYAT ŞÖLƏNİNDƏ

KİBATEK – 43

Ədəbiyyat həmişə ən böyük siyasət hesab olunub. XXI yüzildə – müharibələrin tüğyan etdiyi, bəşərTTR_ ob iyyətin amansız siyasi intriqalar, çəkişmələr məngənəsində sıxıldığı bir zamanda ədəbiyyat siyasətinə daha böyük ehtiyac duyulur. Uluslararası ədəbi tədbirlər yalnız millətlərin estetik zövq müxtəlifliyini təbliğ etmək üçün deyil, həm də dünyaya sülh, əmin-amanlıq ismarıcı vermək üçündür. 43-cü KİBATEK Uluslararası Ədəbiyyat Şöləni da bu cəhətdən ciddi önəm daşıyır. 1-4 dekabr 2017-ci il tarixində Türkiyənin İzmir, Manisa şəhərlərində gerçəkləşən Uluslararası Ədəbiyyat Şöləni dünya ədəbi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Oxunma sayı: 1910

FƏYYAZ SAĞLAMIN ƏDƏBİ-ELMİ FƏALİYYƏTİ AZƏRBAYCAN-TÜRKİYƏ ƏDƏBİ ƏLAQƏLƏRİ KONTEKSTİNDƏ

Təranə Turan Rəhimli,
filologiya üzrə fəlsəfə doktoru, dosent, DGTYB Məsləhət Şurasının üzvü

Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin tarixi uzaq əsrlərdən başlayıb bu günə qədər şaxələnməkdə, hər iki ədəbiyyatı yeni yaradıcılıq keyfiyyətləri ilə zənginləşdirməkdə davam edir. Dili, dini, milli adət-ənənələri, tarixi qəhrəmanları, şəxsiyyətləri ortaq olan bu iki dövlət bir-birinə qırılmaz ruhi-mənəvi tellərlə bağlıdır.

Oxunma sayı: 4593

“JAÑA QAZAQ POEZİASYNYN ANTOLOGİASY” – “YENİ QAZAX ŞEİRİ ANTOLOGİYASI”

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri gün üzü görüb. Qardaş Qazaxıstanın 57 yeni nəsil şairinin şeirləri toplanmış, “YENİ QAZAX ŞEİRİ ANTOLOGİYASI” adlanan (“Elm və Təhsil” Nəşriyyatında çıxan) 280 səhifəlik nəşrin baş redaktoru (və nəşrə məsul) Əkbər Qoşalıdır.
“Kaspi” qəzetinin təsisçisi, əməkdar jurnalist Dr. Sona VƏLİYEVA antologiyaya “Xəzərin o tayında vuran isti ürəklər” adlı təqdimat yazısı, Qazaxıstan Respublikasının Dövlət Ödülü laureatı Temirxan MƏDƏTBEK isə “Önsöz” yazıb.

Oxunma sayı: 1840

Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimin vəfatından bir il ötür. Bu münasibətlə Bakı Atatürk Liseyində tədbir keçirilib.
Mərhumun xanımı Hatice Devrimin, oğlu Gökbərk Devrimin, Türk Dünyası İşlətmə fakültəsinin dekanı Fərruh Tuzcuoğlunun, KİV təmsilçilərinin və liseyin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbir Ali Devrimin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.

Oxunma sayı: 1236