Category Archives: TÜRK DÜNYASI

SAXA (YAKUTİYA) XALQ ŞAİRİNİN BAKIDA KİTABI ÇIXIB

NX2Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) qardaş Saxa (Yakutiya) Respublikası Yazıçılar Birliyinin başqanı, Xalq şairi Natalya xanım Xarlampyevanın şeirlər kitabını hazırlayıb, nəşr edib. Şeirlər Azərbaycan və Saxa (Yakutiya) türkcələrində yanaşı verilib.
“MƏNİM RƏFİQİM APREL” (“ДОҔОРУМ МУУС УСТАР”) adlanan kitab “Elm və təhsil” nəşriyyatında gün üzü görüb. Tərtibçisi və baş redaktoru Əkbər Qoşalı, redaktorları Rusiya Yazıçılar Birliyinin üzvləri Afaq Şıxlı ilə Anatoliy Sleptsov olan kitab, Saxa (Yakutiya) Dövlət Məclsinin üzvü, həmvətənimiz Əliş Zabit oğlu Məmmədovun dəstəyi ilə çıxıb.

Oxunma sayı: 1274

AĞIR KİTAB

İllərin hesabatını vermək kimi bir məsuliyyət hər bir yaradıcı adama, öz çalışmaları ilə nəzər nöqtəsində olan hər bir quruma məxsusdur. Bu məxsusluğu DGTYB fərqli yaşayır. Hər il DGTYB-nin adını fərqli layihələrlə, ümumtürk ədəbiyyatına ərməğan olunan müxtəlif ədəbi toplularla duyuruq.
2017-ci ildə DGTYB “Bölgələrdən səslər-3” adlı gənc yazarların yaradıcılığına işıq tutan antologiya, Rusiyanın Arxangelsk vilayətinin şairlərinin şeirlərindən ibarət “Fəzanın cazibəsi” adlı antologiya və “Yeni qazax şeiri antologiyası” ilə Azərbaycan ədəbi mühiti və eləcə də bütün türk xalqlarının (habelə əqraba topluluqlarının) ortaq ədəbiyyat tarixinə verdiyi töhfələrlə yadda qaldı.

Oxunma sayı: 1246

Türkcə, artıq (yenidən!) bir “Dünya dili” olma yolundadır

Dos.Dr. Pərvanə MƏMMƏDLİ

Payızın  son ayında Ankarada Türkdilli  Ölkələrin Dil Qurultayı keçirildi. Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin Türk Dil və Qurumunun başçılığı  ilə keçirilən Dil Qurultayına dünyanıPMn 4 qitəsindəki 40  fərqli  ölkədən 320 araşdırmaçı qatılmışdı. İsmayıl  bəy Kaspıralının “Dildə, işdə,fikirdə birlik” devizi  altında keçirilən qurultayda  Türkcə danışan ölkələrin çağdaş dövrdəki  problemlərinin həlli, Türkcənin yaşı, ortaq ünsiyyət dili, əlifba məsələsi, fərqli ölkələrdə Türkcə təhsil, Türkcənin digər dillərlə əlaqələri, tarixi və müasir Türk yazı dillərinə dair konular  başda olmaq üzrə çeşidli  mövzular hədəfə alınmışdı.

Oxunma sayı: 1201

“BAKIDAN TÜRK DÜNYASINA” LAYİHƏSİ UĞURLA BAŞA ÇATDI

Türksoylu ölkə və topluluqlardan olan bir qrup yazar 2017-ci il, dekabrın 1-dən 5-dək Azərbaycan Respublikasının paytaxtı Bakıda toplandı. Öncə Fəxri Xiyabanı ziyarət edən qonaqlar Ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət etdi.
Sonra Şəhidlər Xiyabanına gələn türk dünyası yazarları, respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsini yad etdi.
Ardınca, Bakı Türk Şəhidliyini – Qafqaz Türk İslam Ordusunun xatirəsinə ucaldılmış abidə də ziyarət edildi, qonaqlara Bakının daşnak-bolşevik işğalçı qüvvələrindən azad edilməsində Nuru Paşanın komandanlığında olan şanlı ordunun böyük xidmətləri haqqında bilgi verildi.

Oxunma sayı: 1351