Category Archives: AŞIQ SƏNƏTİ

Aşıq Kamandarın 80 illiyinə həsr edilmiş yubiley tədbiri keçiriləcək

Noyabrın 30-da Gürcüstanın Marneuli rayonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi, Azərbaycan və Gürcüstan Aşıqlar birliklərinin və Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış el sənətkarı Aşıq Kamandarın 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək.

Oxunma sayı: 6064

“Allah qəlbə görə verir”

Tovuzlu Aşıq Mahmudun yeni kitabı çapdan çıxıb

Görkəmli el sənətkarı, ustad aşıq, Prezident təqaüdçüsü Mahmud Məmmədovun yeni kitabı çapdan çıxıb.
Allah qəlbə görə verir” adlanan kitab aşığın ikinci çap məhsuludur.
Kitaba aşığın bayatı, təsnif, gəraylı, qoşma, müxəmməsləri daxil edilmişdir. Bu şeirlərdə saf və təmiz məhəbbətin tərənnümü ilə yanaşı, vətənpərvərlik, əxlaqi-didaktik mövzulara da geniş yer verilib.

//AzərTAc

Oxunma sayı: 5099

Murad Köhnəqala

Aşıq Xanların məkanı

Öncələri mən gördüyüm toy məclisləri belə olardı: hərə öz həyətində çadır qurar, qonaqları, aşıqları çağırardı. Bir qayda olaraq, toylar həmişə payızda başlayardı. Yəni, hamı məhsulunu yığıb, pulunun sayını biləndən sonra işini görərdi. Adətən, bizim ellərin toy məclislərini iki aşıq və onları izləyən bir balabançı aparardı.

Oxunma sayı: 6169

AĞIR AŞIĞIN VƏFATI DA AĞIR OLUR

…Telefonuma zəng gəldi. Ustad aşığımız Əli Ürfanın adını görüb sevindim. Ancaq… hanı, Aşıq Əlimi var? – Ustadın səsinin şövqündən əsər-əlamət yox idi. Dedim: – Əmi, deyəsən nəsə olub? “Olub” dedi… “ölüb” deyəmmədi. Bizim Mülkülü Aşıq Firdovsi qəzaya düşüb, yamanca isinişmişdim, əmi, beçərənin (=biçarənin) əllicə yaşı güjnəncik olardı. Onun ölümünə görə sinəmə üç yarpaq yanğılı söz qonub, onu oxuyum, beçərə Gülbənizə təskinlik kimi bir yerlərdə yayınlayarsan, dedi.

Oxunma sayı: 6023