Ana səhifə YAZILAR …qapanıb virtuallığa

…qapanıb virtuallığa

Müəllif: Bizim Yazı
452 baxış

Nofəl ƏDALƏT

VİRTUAL
Hər gün asılıram bu hörümçək torundan.
sən hardasa düşərsən bu tora deyə.
Saat əqrəbləri kimi qovaram zamanı,
Gəlişini gözləyə gözləyə.
İllərimin o üzündə ömür ağırlığım,
Bu üzündə gözüm yollarda qalıb.
Sən hardasa məndən xəbərsiz,
Dərsinin, işini ardında.
Gələcək xəyallarının yanında.
Mənsə qapanıb bu virtuallığa,
Sinirəm öz içimə.
Xətdən yüzlər, minlər.
Salamlar,
Əleykim salmalar.
Əfsus bunu söyləyənin biridə sən deyilsən.
Bəzən adını bir başqasından,
Yadımdan yaxınımdan,
Lap belə doğmalarından eşitmək,
Təhsəllim olur deyə,
Söhbəti sizin küçədən,
Məhlədən, salaram.
Qorxaram adını duyrmaqdan.
Adını onlardan alaram.
Saatlarla qulağımda adın titrəyən mahnılar,
Dilimdə sevgi pıçıltım yaşar.
Səndən xəbərsiz yaşadığım,
Sevgimə,
Özümə lənət oxuyar barmaqlarım.
Sənə “SEVİRƏM” yazmadığmçün.

***
Səni səndən xəbərsiz sevdim və keçdim
Heç ruhunda duymadı bu sevgimi,
Yaşadım bu sevgini
xəfif yaz küləyi kimi.
Öyrəşdim əvvəl ərköyünlüyünə.
Sonra sözünə,
Özünə.
Sevdim sakit, sakit.
Hər dəfə dalğın baxışın üzümdə səyriyəndə,
Başımı yana əyib səni süzəndə,
İçimi dəldi sevgim.
Bu sevgimi qəlbimə hakim kəsilən
Azadlığımdan doğurdu.
Bəlkədə səni yox o azadlığımı sevdim.
Bəlkədə sənə verə bilməyəcəyim o azadlıq üçün
Səndən keçdim.
Amma sevdim də keçdim!

***
İçimdə bir özümsüzlüyüm var,
Özümdən qopmuşam
Xəyyalarım kimi, ayaqlarımda çəkir məni uzaqlara.
Fəqət gedə bilməm.
Ömrün bu dönəmində,
Bir süküt qonub içimə
Deyəcəklərim susmağım qədər ağır.
Sözlər düyünlənib dilimə,
Çəkir ürəyimi dara.
Hər şey haçalanıb yolumun üstə,
Birində sən,
Birində xayalların.
Mən gerçəkləri istərəm
Arxada qoyduqlarımı yox
Önümdə gözləyənlər məni sıxır.
Lal oldum önündə,
Sükutumsa dar ağacım.

***
Mənə bir ümid ver,
Bəmbəyaz donda,
Özgə biçimdə.
Mənə sevgi ver,
Rəngi olmasın,
İstiliyi,
Hərarəti,
Nəfəsi olsun.
Mənə inam ver:
Adı olmasada.
Mənə özümü ver,
əvvəlki kimi,
məsum,
sakit
bir azda ərköyün.
Bunları verməsəndə,
Mənə azadlıq ver:
Dilim boyda.

***
Saatlarla bir dayanacaqda durub gözlədim səni,
Gəlişin gec olsa da unutdurdu hər şeyi.
Dilimin ucunda düyünlənən kəlmələrim,
Yenə ilişdi boğazıma,
Nə udquna bildim,
Nə sənə deyə.
Görüşümüz:
– bir salam-sağol qədər qısa oldu
Bu qısalıqda keçirdiyim hislərinsə ölçüsü yox.
Mən sənə elçi gəldim,
Nişan oldu,
Toy oldu,
Körpəmiz qığıltısı ürəyimdə hay oldu.
Bunlar xəyalım idi.
Ancaq bilmədin, qadası,
sağ ol deyib gedəndə,
Mənim üçün vay oldu.
Yenə günlər sayacam,
Yenə yol gözləyəcəm.
Ancaq bilirəm bunu,
Dərdindən mən ölsəmdə,
-SEVİRƏM, deməyəcəm

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.