Ana səhifə YENİLİKLƏR Əkbər Qoşalının Qanlı Yanvarla bağlı yazısı Türkiyənin nüfuzlu dərgisində

Əkbər Qoşalının Qanlı Yanvarla bağlı yazısı Türkiyənin nüfuzlu dərgisində

Müəllif: Bizim Yazı
81 baxış

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, Mədəniyyət Nazirliyi İctimai Şurasının sədr müavini, Beynəlxalq “ALAŞ” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalının Qanlı 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı qələmə aldığı yazısı qardaş Türkiyədə nüfuzlu dərgidə yayınlanıb.

Mərkəzi qərargahı İstanbulda yerləşən, Türk dünyasının böyük şəxsiyyəti Turan Yazqan xocanın (və onun fikir yoldaşlarının) yadigarı olan nüfuzlu Türk Dünyası Araşdırmaları Vəqfinin mətbu orqanı olan “TARİH” – Türk dünyası tarix, mədəniyyət dərgisində yer alan yazı son 3 ildə qərənfillərin xarıbülbül qoxumasına vurğu edərək başlayır.

Dərginin redaksiyası yazının adını da “Xarıbülbül” olaraq qeyd edib. Yazıda XX yüzilin 90-cı illərinə səyahət edilir, 20 Yanvar hadisələri, Azərbaycan xalqının cəsarəti, əyilməzliyi şərh olunur. Nəhayət 2020-ci ildə 44 günlük müharibədə qazanılmış tarixi Zəfərlə bütün şəhidlərimizin ruhunun əbədi şadlıq tapdığı vurğulanır.

Bu, yazarın son bir il içində “TARİH”də çıxan üçüncü irihəcmli yazısıdır. Bundan öncə ermənilərin Orta Asiya “politika”sından və Türk xalqları ədəbiyyatının dövrləşməsindən bəhs edən araşdırma yazıları Türk dünyası oxucularına təqdim olunmuşdu.

  

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.